Skip links

Erdal in the News CiDC 2023 event closing ceremony

Erdal in the News CiDC 2023 event closing ceremony

My closing note, delivered in Baku, Azerbaijan ( October 27, 2023) , was featured in the Official Azerbaijan State News Agency (AZERTAG). Here is the news :

To read it in AZERTAC’s web site: Click here

According to AZERTAC, the opening ceremony of the first Critical Infrastructure Defense Challenge 2023 (CIDC 2023) event was held in Azerbaijan. The ceremony was attended by Lieutenant-General Ilgar Musayev, head of the State Service for Special Communications and Information Security, and other colleagues of the Service, as well as official guests 

During the event, Erdal Ozkaya, a renowned cybersecurity expert, gave a presentation on current global cyberattacks against Azerbaijan. Dr Ozkaya highlighted that cyberattacks are worth $1.2 million per minute globally and that states are investing in the cyber field instead of the defense industry. He also mentioned that there are seven phishing attacks in the world every minute and that cyberwar is no longer a war, but a priority

The opening ceremony of the first CIDC 2023 event in Azerbaijan is held.

The Original News :

Azərbaycanda ilk dəfə keçirilən “CIDC 2023” tədbirinin bağlanış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Erdal Özkaya Qarabağ əleyhinə dünya səviyyəsində aparılan kiberhücumlardan bəhs edən təqdimatla çıxış edir.

E.Özkaya bildirib ki, dünya üzrə kiberhücumların dəyəri 1 dəqiqədə 1 milyon 850 dollar təşkil edir. Hazırda dövlətlər virus hazırlayır, müdafiə sənayesi əvəzinə kiber sahəyə yatırımlar edir. Belə ki, dünyada 1 dəqiqədə 7 fişinq hücum həyata keçirilir. Artıq müharibə deyil, kibermüharibələrə üstünlük verilir.

Mərasimdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları, həmçinin rəsmi qonaqlar iştirak edirlər.

Here is one more article :

Azərbaycanda ilk dəfə təşkil olunan “CIDC 2023” tədbirinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Erdal Özkaya Qarabağ əleyhinə dünya səviyyəsində aparılan kiberhücumlardan bəhs edən təqdimatla çıxış edib. O bildirib ki, dünya üzrə kiberhücumların dəyəri bir dəqiqədə 1 milyon 850 dollar təşkil edir. Hazırda dövlətlər virus hazırlayır, müdafiə sənayesi əvəzinə kiber sahəyə yatırımlar edir. Belə ki, dünyada bir dəqiqədə 7 fişinq hücum həyata keçirilir. Artıq müharibə deyil, kibermüharibələrə üstünlük verilir.

Sonra tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov və Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən “CIDC 2023” tədbirinin tərəfdaşları Azərbaycan Mərkəzi Bankı, SOCAR, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, KOBİA və “ASAN xidmət” İnnovasiyalar Mərkəzinin nümayəndələrinə sertifikatlar təqdim olunub. Həmçinin tədbirin sponsorları “Prosol” şirkəti, “Azərconnetct”, “Trendyol”, “Palo Alto”, “Huawei”, “Fortinet”, “AzIntelekom”a sertifikatlar verilib. Tədbirin digər sponsorları “R.I.S.K. Company” şirkətinin rəhbəri Cabir Cümşüdov və “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev də sertifikatlara layiq görülüb.

Bədii hissədən sonra “Kibermüharibə” yarışının qalibləri elan olunub.

Birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “UEİP” komandası elan olunub. İkinci yeri “Azercell” şirkətinin “Cybercell” komandası tutub. Üçüncü yerdə isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin “Dəmir Yumruq” (“Iron Fist”) komandası qərarlaşıb. Birinci yer 15 min, ikinci yer 10 min, üçüncü yerin sahibi isə 5 min manatla mükafatlandırılıb.

Erdal in the News CiDC 2023 event closing ceremony
Erdal in the News CiDC 2023 event closing ceremony

More “news about me

KİBER MÜHARİBƏ

Ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışı.

Virtual müharibə yarışında iştirak etmək üçün çalışdığın müəssisənin əməkdaşlarından ibarət öz komandanı [3-5 nəfər] yarat, qeydiyyatdan keç və 30000 AZN-lik mükafat fondu ilə kibermüharibənin qalibi ol!

Kimlər qoşula bilər?

  • Dövlət qurumlarının İT komandaları
  • Kritik infrastrukturların İT komandaları
  • Bankların İT komandaları
  • Telekommunikasiya müəssisələrinin İT komandaları

KİBER MÜHARİBƏ

Ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışı.Virtual müharibə yarışında iştirak etmək üçün çalışdığın müəssisənin əməkdaşlarından ibarət öz komandanı [3-5 nəfər] yarat, qeydiyyatdan keç və 30000 AZN-lik mükafat fondu ilə kibermüharibənin qalibi ol!Kimlər qoşula bilər?

  • Dövlət qurumlarının İT komandalarıKritik infrastrukturların İT komandalarıBankların İT komandalarıTelekommunikasiya müəssisələrinin İT komandaları

Keywords

Erdal in the News CiDC 2023 event closing ceremony

Explore
Drag